Sabiq baş nazirin qızının toyuna tabut gətirdilər

Sabiq baş nazirin qızının toyuna tabut gətirdilər
12:34 28 Dekabr 2014
92 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən Ukraynanın keçmiş ban naziri Yuliya Timoşenkonun qızı Yevgeniyanın toy mərasimində qəribə olay baş verib. Lent.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, toyda iştirak etmək üçün mərasim zalına təşrif buyuran naməlum qonaqlar öz toy hədiyyələrini orijinal şəkildə təqdim ediblər. Belə ki, həmin hədiyyələr parlaq qəhvəyi rəngli tabuta qoyularaq, yeni evlənənlərə təhvil verilib.

Ətrafına dəmir tutqaclar bərkidilmiş hədiyyə dolu tabutu bahalı xəz və yaşıl rəngli gecə paltarı geyinmiş qadın və onu müşaiyət edən qara kostyumlu kişi mərasim zalına gətizdirib. Onları cangüdənlər müşaiyət edib.

Qeyd edək ki, Yevgeniya Odessadan olan biznesmen Artur Çeçetkinə ərə gedib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR