Azərbaycanda maskalı qarət

Azərbaycanda maskalı qarət
14:41 28 Dekabr 2014
130 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda maskalı şəxslər market qarət ediblər.

ANS PRESS-in məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində yerləşən “Panda” supermarketində qeydə alınıb.

İki maskalı şəxs ticarət obyektinin qapısını sındıraraq içəri giriblər. Qarətçilər oradan 130 manat nağd pul, mobil telefon sim kartları və 10 blok siqaret - ümumilikdə 3000 manatlıq malı götürərək qaçıblar.

Oğruların hərəkətləri supermarketdə quraşdırılmış nəzarət kamerasına düşüb.

Hadisə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda oğurluq edən şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində iş aparılır.

Qeyd edək ki, “Panda” supermarketində bir müddət əvvəl də oğurluq hadisəsi baş verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR