Avtobus sürücüsünü bıçaqladılar (VİDEO)

Avtobus sürücüsünü bıçaqladılar (VİDEO)
15:21 28 Dekabr 2014
118 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə avtobus sürücüsünü bıçaqlayıblar.

ANS PRESS-in məlumatına görə, Adana şəhərində baş verən hadisədə minik avtomobilinin sürücüsü ona yol vermədiyi üçün sərnişin avtobusunun sürücüsünü bıçaqlayıb.

Avtobusun ona yol vermədiyini görən Ramazan Uzun əsəbi halda maşınından düşərək avtobusa minib, sərnişinlərin gözü qabağında avtobus sürücüsü Ömər Türkməni bıçaqlayıb.Davaya qarışan avtobus sürücüsünün köməkçisi Fatih Serbestdə yaralanıb.

Gözlərinin qarşısında yaşananlardan dəhşətə gələn sərnişinlər qaçaraq avtobusdan düşüblər.
Polis faktla bağlı araşdırma aparır, yaralılar isə Adana Dövlət Xəstəxanasına yerləşdirilib.

Dava sərnişin avtobusunun təhlükəsizlik kamerasında anbaan görüntülənib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR