Azadlıq Radiosunun əməkdaşları prokurorluğa çağırılır

Azadlıq Radiosunun əməkdaşları prokurorluğa çağırılır
16:39 28 Dekabr 2014
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabırın 27-28-də  Azadlıq Radiosunun Bakı Bürosunun bəzi əməkdaşları ifadə vermək üçün istintaqa dəvət olunublar.

 

Lent.az-ın xəbərinə görə, bu barədə radionun saytında xəbər verilib. Məlumata görə, Azadlıq Radiosunun əməkdaşları Kamran Mahmudov, Mətanət Abdinova, Cingiz Sultansoy, Vüsalə Mehdiyeva istintaqa şahid qismində cəlb olunublar. Onlardan bəzilərini istintaqa polis gətirib.

 

Radionun əməkdaşı, aparıcı Kamran Mahmudov sosial şəbəkədə Yasamal rayon Prokurorluğunda ifadə verdiyini və artıq prokurorluqdan çıxdığını qeyd edib.

 

Radionun vəkili Yalçın İmanov özü də şahid olduğu üçün, o vəkil kimi prosesdən kənarlaşdırılıb.  

 

 

Radionun saytı yazır ki, bölgədəki əməkdaşlar da istintaqa cəlb olunurlar. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı