Yunanıstandan İtaliyaya səfər edən sərnişin gəmisində yanğın baş verib

Yunanıstandan İtaliyaya səfər edən sərnişin gəmisində yanğın baş verib
17:02 28 Dekabr 2014
104 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Dekabr 2014 16:56 ]

Gəmidə 422 nəfər sərnişin, 56 nəfər heyət üzvü var

Bakı-APA.  Yunanıstanın Patra Limanından İtaliyaya səfər edən gəmidə yanğın baş verib.  

 

APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, gəmidə 422 nəfər sərnişin və 56 nəfər heyət üzvü olub. Adriatik Dənizində üzən gəmidə baş vermiş yanğının səbəbi hləlik məlum deyil.

 

 

Yunanınstanın apardığı xilasetmə əməliyyatı nəticəsində sərnişinlərdən 150 nəfərə qədəri artıq təxliyyə edilib. Hələlik ölən və yaralanan olmadığı, hava şəraitinin xilasetmə əməliyyatına mane olduğu bildirilir.

 

Gəminin yük hisssində tonlarla zeytun yağı və 200 maşın olduğu da bildirilir.

 

Gəmidə İtaliya, Almaniya, Yunanıstan və Misir vətəndaşlarının çoxluq təşkil etdiyi qeyd olunub. Anadolu Agentliyi isə gəmidəkilərdən 54 nəfərinin Türkiyə vətəndaşı olduğunu yazıb.

 

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR