Bakıda "Land Rover" markalı minik avtomobili yanıb.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadis Bakı şəhərində - Sabunçu rayonunda olub.
Belə ki, Sabunçu rayonunda vətəndaşa məxsus "Land Rover" markalı minik avtomobilinin mühərrik hissəsi və təkərləri yanıb. Avtomobilin qalan hissələri isə yanğından mühafizə olunub.
Yanğın saat 13:24 radələrində söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.