Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
17:14 28 Dekabr 2014
77 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2-5, gündüz 7-11, Bakıda isə gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir. Bəzi bölgələrdə qərb küləyi əsəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR