Sərnişin gəmisində yanğın: 478 nəfərin həyatı təhlükədə

Sərnişin gəmisində yanğın: 478 nəfərin həyatı təhlükədə
17:14 28 Dekabr 2014
78 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanın Patra Limanından İtaliyaya səfər edən gəmidə yanğın baş verib.  

 

APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, gəmidə 422 nəfər sərnişin və 56 nəfər heyət üzvü olub. Adriatik Dənizində üzən gəmidə baş vermiş yanğının səbəbi hləlik məlum deyil.

 

 

Yunanınstanın apardığı xilasetmə əməliyyatı nəticəsində sərnişinlərdən 150 nəfərə qədəri artıq təxliyyə edilib. Hələlik ölən və yaralanan olmadığı, hava şəraitinin xilasetmə əməliyyatına mane olduğu bildirilir.

 

Gəminin yük hisssində tonlarla zeytun yağı və 200 maşın olduğu da bildirilir.

 

Gəmidə İtalya, Almaniya, Yunanıstan və Misir vətəndaşlarının çoxluq təşkil etdiyi qeyd olunub. Anadolu Agentliyi isə gəmidəkilərdən 54 nəfərinin Türkiyə vətəndaşı olduğunu yazıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR