Bakının mərkəzində universitet tələbələrinin qanını tökdülər - YENİ FAKTLAR

Bakının mərkəzində universitet tələbələrinin qanını tökdülər - YENİ FAKTLAR
17:39 28 Dekabr 2014
553 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Səbail rayonu ərazisində baş vermiş qanlı hadisə ilə bağlı bəzi məqamlar aydın olub. Lent.az-ın məlumatına görə, dekabrın 19-da Xəqani küçəsi 22 ünvanının qarşısında bıçaqlanan 1995-ci il təvəllüdlü Cahangirli Fuad Fərhad oğlunun və onun həmyaşıdı Cəmilli Fərid Malik oğlunun tələbə olduğu üzə çıxıb. Məlum olub ki, həmin vaxt kürək nahiyəsindən daxilə nüfuz edən ağır xəsarətlər alan və Kliniki Tibbi Mərkəzə yerləşdirilən F.Cahangirli Tibbi Universitetinin Müalicə işi fakültəsinin 2-ci kurs tələbəsidir. O, universitetə 2013-cü ildə 590 balla qəbul edilib. Fərid Cəmilliyə gəlincə, o da tələbədir və Fuad Cahangirlinin dostudur. Xəstəxanaya yerləşdirilən 19 yaşlı Fəridin sol bud nahisəyində daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

 

Bildirilir ki, hər iki şəxs xəstəxanaya daxil olarkən ağır vəziyyətdə olub. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.

 

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq tutulub. Bu, 1996-cı il təvəllüdlü, Füzuli rayonunun Seyidmahmudlu kəndinin sakini İbişov Sübhan Rəşid oğludur. S.İbişovun 18 yaşı dekabrın 31-də tamam olacaq.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR