Kadırov Putin üçün and içdi

Kadırov Putin üçün and içdi
18:21 28 Dekabr 2014
141 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistan respublikasının lideri Ramzan Kadırov əsgərlər qarşısında çıxış edib.

ANSPRESS-in məlumatına görə, Kadlrov and içib ki, o və əsgərləri vətəninə, Rusiya prezidenti Vladimir Putinə sadiqdir və sadiq qalacaq.

Çeçenistaan lideri Putini çeçen əsgərləri özünün xüsusi heyəti və döyüşçüləri hesab etməyə çağırıb.

"Çeçen döyüşçüləri Putinin əmri ilə istənilən şəraitdə xüsusi döyüş tapşırıqlarını həyata keçirməyə hazırdırlar. Putin Əhməd Kadırovun müracətinə bir dəfə də olsun "yox" cavabını verməyib. Bütün dünyaya səslənərək deyirəm ki, biz Putinin döyüşçüləriyik.

Rusiya prezidenti 15 ildir ki, çeçen xalqına kömək edir. İndi biz onunlayıq. Bizim 10 minlərlə xüsusi hazırlanmış döyüşçülərimiz var. Xahiş edirik ki, bizi Ali Baş Komandanın xüsusi qrupu hesab etsinlər", deyə Kadırov bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR