Qarabağın şah damarı kəsildi (VİDEO)

Qarabağın şah damarı kəsildi (VİDEO)
19:16 28 Dekabr 2014
120 Dünya
Ölkə mətbuatı
A- A+

1991-ci ilin bu günü Ermənistan silhalı birləşmələri Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalını başa çatdırıb. 23 il əvvəl yaşananları isə indi yalnız ANS TV-nin qızıl fonunda saxlanılan kadrlarda görmək mümkündür.

İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.

Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahlarının qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar.

Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.

Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR