Yoxa çıxan təyyarə ilə bağlı yeni xəbər (VİDEO)

Yoxa çıxan təyyarə ilə bağlı yeni xəbər (VİDEO)
20:11 28 Dekabr 2014
98 Dünya
Ölkə mətbuatı
A- A+

Cənub-Şərqi Asiya səməlarında təyyarə itkin düşüb. Təbii ki, təyyarənin itkin düşməsilə bağlı müxtəlif versiyalar dolaşır.

Ehtimal olunur ki, Sumatra adasının şərq sahillərində radarlardan itən təyyarənin İndoneziya sahillərində qəzaya uğrayıb. Lakin ölkənin Nəqliyyat Nazirliyi təyyarədə olan sərnişinlərin həlak olması barədə rəsmi açıqlama verməyə tələsmir.

ANS TV-nin məlumatına görə, rəsmilər təyyarənin sonuncu dəfə məlumat alındığı Yava dənizi üzərində havanın buludlu olduğunu və pilotun yüksəkliyi dəyişmək üçün dispetçer xidmətinə müraciət etdiyini açıqlayıb.

“Hərbçilər və xilasedicilər Sinqapurlu həmkarları ilə birgə əməliyyatlara başlayıb. Biz ətraf sularda olan bütün gəmi və qayıqlara təyyarə ilə bağlı bütün məlumatları gönədirmişik və onlardan yardım göstərmələrini xahiş etmişik” – deyə İndoneziya nəqliyyat naziri İqnasius Yohan bildirib.

İndoneziya Nəqliyyat Nazirliyindən bildiriblər ki, təyyarə ilə əlaqə 6 saat əvvəl, yəni uçuşdan təxminən 42 dəqiqə sonra kəsilib. İndi İndoneziyanın Surabaya Hava Limanında yüzlərlə insan təyyarədə olan sərnişinlərin və ekipaj üzvülərinin taleyi barədə məlumat əldə etmək üçün toplanıblar.

“AirAsia” aviaşirkətinə məxsus “Airbus A312” təyyarəsi İndoneziyanın Surabay şəhərindən Sinqapura uçurmuş. Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub. Artıq təyyarənin düşdüyü ehtimal edilən ərazidə axtarış-xilastmə işlərinə başlanıb.

Xatıradaq ki, bu ilk belə hadisə deyil. Bu ilin mart ayında Hind okeanı üzərində Malayziyaya məxsus sərnişin təyyarəsi itkin düşmüşdü. Bu günədək o təyyarədə olan 239 sərnişin və heyət üzvü barəsində hələ də məlumt əldə olunmayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR