Mahnılarının qonağı deyil, sahibi olan Zeynəb Xanlarova (VİDEO)

Mahnılarının qonağı deyil, sahibi olan Zeynəb Xanlarova (VİDEO)
20:26 28 Dekabr 2014
118 Digər
Ölkə mətbuatı
A- A+

Cahargah muğamının ilk qadın ifaçısı, Azərbaycan səhnəsinin Leylisi, Əslisi - Zeynəb Yəhya qızı Xanlarovanın bu gün doğum günüdür. Azərbaycanı dünyaya sadəcə səsilə deyil, xanımlığı, sadəliyi, səmimiliyi ilə də tanıdıb Zeynəb xanım. Dövrünün bir çox hitlərinin müəllifinin zövqü, qəlbləri oxşayan gözəl nəğmələrilə yanaşı həm də geyimində də özünü göstərirdi. Hər kəsin həvəslə dinlədiyi və seyr etdiyi Zeynəb Xanlarova təvazökarlığı ilə də daim sevilir və seçilir.

Bəli o, zirvədədir. Elə bir zirvədə ki, ora asan fəth olunmur. Özünün də dediyi kimi Zeynəb xanım mahnın sahibidir, qonağı deyil.

O, həm də millət vəkilidir. Onu sevən millətinin vəkili. Lakin bir vaxtlar “Dünyanın xoşbəxti mənəm dünyada” deyən Zeynəb Xanlarovanın son vaxtlar ifa etdiyi mahnılar qəmgin notlara köklənib. Çünki, xalq artistinin Qarabağ adlı bir dərdi var.

Növbəti yaşınızı Qarabağda keçirməniz diləyi ilə səsinizi də elə məhz Cıdır düzündə verəcəyiniz konsertdən eşidək Zeynəb Xanım.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR