“Vur komandir, Vur”

“Vur komandir, Vur”
21:16 28 Dekabr 2014
134 Ölkə
Ölkə mətbuatı
A- A+

2014-cü ilin mart ayında teleməkana göz açan ANS-in efirində yayımlanan "Şəbəkə" verilişi sosial şəbəkələrin televiziyadakı rəsmi nümayəndəliyinə çevrildi. "Şəbəkə"nin də yer ayırdığı ilin 10 səs-küylü hadisəsini təqdim edir.

İlin ən çox danışılan olaylarından biri "Sovetski" adlanan ərazidə cərəyan etdi. Sakinlərin etirazı, gənclərin meyxanası və sonunda razılaşdırılan qiymətlər, sökülən evlər ilin əvvəlində xeyli danışıldı.

Millət vəkilinin məşhur “Molotov kotleti” ifadəsi də ilin ən çox danışılıb gülünən söhbətlərindən biri oldu. Bu mövzu xüsusilə sosial şəbəkələri xeyli iştaha gətirdi.

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin mediaya verdiyi müsahibə də gündəmi dəyişən hadisələrdən biri oldu. Heydər öz səmimi müsahibəsi ilə çoxlarının sevgisini qazana bildi.

Reper Hüseyn Dərya, yazıçı İsa Muğanna və əməkdar artist Xanım Qafarovanın ölümü ilin itkiləri kimi yadda qaldı. Reperın fanatları şoka düşdü, Xanım Qafarovanın kədərli taleyi ürəkləri üzdü.

Teleaparıcı və baxıcı İlham Mirzəyevlə meyxanaçı Bayram Kürdəxanının həbsi də gözlənilməz olaylardan biri oldu. Xüsusilə İlhamın həbsi bir çoxları üçün əyləncəli xəbərə çevrildi.

Yayda cəbhə bölgəsində yaşanan hadisələr, ardınca isə həmvətənlərimiz Dilqəmlə Şahbazın ermənilər tərəfindən girov götürülməsi vətənsevərlərin ürəyini parça-parça elədi. Ermənilərin saxta məhkəmə şousu günü bu gün də davam etməkdədir.

Azərbaycanın hava sərhədlərini pozaraq mövqelərimizə atəş açan erməni helikopterinin vurulması isə ilin hadisəsi kimi bütün ölkəni sevincə boğdu. “Vur komandir Vur” şüarı uşaqdan böyüyə hamının dilinə düşdü.

Azərbaycanın Eurovision təmsilçisi olmuş Elnur Hüseynovun Türkiyədəki möhtəşəm çıxışı da sosial şəbəkələrin gündəmini dəyişdi. Səsinin zil yerinə salan müğənni öz ifasıyla Türkiyədə bir “Azərbaycan fırtınası” yaratdı.

“Qarabağ” futbol klubunun haqlı qələbəsini əlindən alan çexiyalı hakim Zelinka isə ilin nifrətini qazandı. Bütün Azərbaycanı bir an içində sevincdən ayağa qaldıran, amma sonradan hesaba alınmayan o qol hələ uzun illər unudulmayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR