Bizim istədiyimiz haqqımızdır (VİDEO)

Bizim istədiyimiz haqqımızdır (VİDEO)
23:46 28 Dekabr 2014
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bunu edənlər öz təhlükəli arzularını əhalinin 5 faizinin, yəni kasıb təbəqəsinin mədəsinə hesablamışdılar. Rus kolbasaları səviyyəsində. Onun dadını unudanların yadına salırdılar. Amma bu kolbasanın necə incitdiyi də çoxunun yadındadır. Və başlıcası müstəqil Azərbaycan vətəndaşlarının sayı artır, Sovet vətəndaşlarının sayı isə azalır. Bu təbii prosesdir. Biologiyadır. Əcəldir. Hə halda Azərbaycan istiqlalının boyunu kolbasa arşını ilə, smetan tutumu ilə ölçməzlər.

Bu fonda Xəzərin statusunun da qabardılması ayrı məna kəsb edirdi. Azərbaycan Rusiya ilə münasibətlərində qarşı tərəfin bütün mümkün riskli addımlarını zərərsizləşdirə bildi. Amma biz Rusiyanı atıb antoqonist qütbü də tutmadıq. Qoşulmayanlar hərəkatının üzvünün adına layiq surətdə Qərbə də səsini qaldırdı. İlin sonunda nümayiş etdirilən anti-Qərb ritorikası, xüsusilə Birləşmiş Ştatlarla ünsiyyətdə indiyədək yol verilməyən intonasiyanın istifadə edilməsi başqa şəkildə həm də “Mən müstəqil dövlətəm və özümə layiqli yanaşma tələb edirəm!” demək idi. Yeri gələndə hətta dünyanın ən qüdrətli dövlətinin üzünə belə ağ olmağa cəsarəti çatan dövlətin nümayəndəsinin “Azadlıq” radiosunun ofisinin özünə daxil olması, onun kompüterlərini möhürlənməsi və başqa bu kimi yasaqlayıcı addımlar atması uzaq keçmişdə kimin ağlına gələ bilərdi. Azərbaycanın qanunlarının fəaliyyət ərazisi yalnız Azərbaycana məxsusdur. Bu ərzidə heç bir ölkə öz hökmünü diqtə edə bilməz. Bütün məsələ də elə bundadır. Norveçin “STATOYL” şirkətinin Azərbaycandan çıxmasından tutmuş “Qarabağ” futbol klubunun hesaba alınmayan tarixi qələbəsinədək hər bir hadisədə Azərbaycanın müstəqilliyinin hansısa şəkildə özünü nümayiş etdirməsi var. Birində əlindən-dalından bir iş gəlməyən şirkətin inqilab edə bilməyəndən sonra şələ-küləsini yığışdırıb Azərbaycandan getməsi müstəqilliyimizlə barışmağın bir şəklidirsə, Qələbə çalsa da onu qəbul etdirə bilməyən komandamızın uğurunun zorla əlindən alınması kimlərinsə elə bu müstəqilliklə barışa bilməməyinin bir şəklidir.

Xülasə, Azərbaycan daha bir müstəqil, bağımsız ili yola saldı. İlin sonunda dövlət başçısı Qafqazın ən böyuk məscidini açdı. Bu minarələrdən göylərə dualar ucalacaq. Müstəqil dövlətin azad duaları, bayrağımızla birlikdə. Allah eşitsin!

Prezident İlham Əliyev: “Bu gün güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiyyatı, beynəlxalq mövqelərimiz imkan verir ki, biz bu istiqamətdə istədiyimizə nail olaq. Bizim istədiyimiz bizim haqqımızdır. Haqlı tələblərimiz var. Ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. İstəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan torpaqlarında yaşasınlar, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasınlar. Vaxt gələcək azərbaycanlılar tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar. Ona görə biz daha da fəal işləməliyik, çalışmalıyıq, hər bir vətəndaş öz sahəsində ümumi işimizə töhfə verməlidir. Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini bərpa edəcəyik və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq. Ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=316797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR