Köhnə palan içi (VİDEO)

Köhnə palan içi (VİDEO)
00:06 29 Dekabr 2014
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il həm də onunla yadda qaldı ki, dövlət "5-ci kolon" adlandırdığı mənbəyi və hədəfi şübhəli qüvvələrlə mübarizənin həlledici fazasına daxil oldu. Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl və başqalarının həbsi həm də ona işarə idi ki, "qeyri hökumət təşkilatı" söz birləşməsi bundan sonra xüsusi hallarda qeyri dövlət təşkilatı məzmununa bərabər tutulacaq. Və bununla da dövlətə xəyanətdə şübhəli bilinmək daha asan olacaq. Əlbəttə adları çəkilən və çəkilməyən şəxslərin doğrudan da xarici dövlətə işlədiklərinin sübutu üçün ən azı məhkəmə araşdırmalarının başa çatmasını gözləmək lazımdır.

Amma bunsuz da aydındır ki, söhbət nədən, kimdən, və başlıcası xidmət göstərilən ünvan kimi haradan gedir… Ola bilsin ki, bununla bağlı Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində tənqid olunan xarici dövlətlərin üzərinə yürüməkdə bəlkə də ifrata varılır. Ona görə ki, istənilən dövlətin hansısa dövlət ərazisində öz maraqları və bu maraqların qorunmasında xidmətçiləri olur, bu təbiidir. Lap elə bizim özümüz. Məsələ, Azərbaycanın yaxın və ya uzaq ölkələrdə öz agentləri yoxdur. Buna görə Azərbaycanı günahlandırmaq nə dərəcədə doğrudur? Eləcə də Birləşmiş Ştatlar, Rusiya və ya İran İslam Respublikası… hansısa dövlətin, lap elə Azərbaycanın içində özünə adam tutursa, bu onun vəzifəsidir. Necə deyərlər bunun daxili və daha doğrusu xarici işidir. Məncə burada əməkdaşlığa cəlb edəndə yox, cəlb olunandadır günah, verbovkaya məruz qalandadır… Ona görə də Azərbaycan Birləşmiş Ştatlarla, Rusiya və ya İran İslam Respublikası ilə münasibətlərinə bir-iki siyasət təfərrüatının fövqündə baxmağı da bacarmalıdır. İlin sonunda özünü göstərmiş hövsələsizliyi istisna etsək, il ərzində bu belə də oldu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR