Zaqatalada maşın yanıb

Zaqatalada maşın yanıb
00:24 29 Dekabr 2014
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən lent.az-a verilən məlumata görə, yanğın hadisəsi  dekabrın 28-i axşam saat 21 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Qımır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Zaqatala şəhər sakini, 1987-ci il təvəllüdlü Bayram İlham oğlu Vəliyev idarə etdiyi “VAZ  2109” markalı  10 CT 668 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən maşında qəfildən alovlanma başlayıb. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları tam yanaraq maşın yararsız hala düşüb. Yanğın zamanı sürücü Bayram Vəliyev xəsarət almayıb.

 
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR