Dilqəm və Şahbaz bizə bayram təbriki teleqramı göndərərsə... (VİDEO)

Dilqəm və Şahbaz bizə bayram təbriki teleqramı göndərərsə... (VİDEO)
00:56 29 Dekabr 2014
466 Dünya
Ölkə mətbuatı
A- A+

Bağışlayın ki, Şirməmməd müəllimin və Çingiz müəllimin verilişlərinə az adam baxdığını deyəndə bir az əsəbiləşdim. Dedim axı gərək sakitləşək. Deməli belə. Mən sakitəm. Mən sakitəm. Mən sakitəm…

Atatroninq edək. Siz də sakitləşin, cənablar. Unutmayaq ki, dünyada televiziya tənqidçisi olmaqdan daha vacib işlər, dövlət və millət üçün yerinə yetiriləsi daha böyük tapşırıqlar var. Məsələn, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü keçirəcəyik. Bax onda iki nəfər dünya azərbaycanlısı qiyamçı Qarabağın həbsxanasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qarşılyacaq. Tutaq ki, onlar bizə “Həmrəylik gününüz mübarək!” deyə teleqram göndərirlər. Bəs biz nə deyəcəyik. Sizinlə bir yerdəyik deyəcəyik? Axı onlarla bir yerdə deyilik...

Ola bilmirik. Ola bilmədik. Belə olanda bayram da mübarək olmur axı... Hər halda təbrik düşür bizə. Necə deyərlər təbrik düşür, bizə qalxmır. Çünki bizim olduğumuz yer elə yerdir ki, ora düşmək mümkündür, qalxmaq yox.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR