Hollivud ulduzu müsəlman olur (VİDEO)

Hollivud ulduzu müsəlman olur (VİDEO)
01:56 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Hollivudun məşhur aktyorlarından olan Liam Nison İslam dinini qəbul edir. ANS PRESS-in məlumatına görə, film çəkilişi üçün Türkiyənin İstanbul şəhərində olan aktyor azan səsinin təsirində qaldığını deyir.

İngiltərə mətbuatı bildirir ki, şimali irlandiyalı katolik – dindar ailənin övladı olan 59 yaşlı Nison İstanbulda İslam dinini araşdırmağa başlayıb. Bu barədə aktyor özü telekanallardan birində qonaq olduğu proqramda danışıb:

“Gündə 5 dəfə azan oxunur. İlk bir həftə bu səs sizi dəli edir. Sonra isə ruhunuza işləməyə başlayır o gözəl səs. Şəhərdə (İstanbulda) 4 000 məscid var. Bəziləri çox gözəldir və müsəlman olmaq barədə düşünməyinizə səbəb olur”.

İnanc məsələsini mütəmadi olaraq araşdırdığını deyən aktyor bildirib ki, həmişə tanrının yoxluğu və ateizm barədə kitablar oxuyub.

“Mən bir katolik kimi yetişdirilmişəm. Amma, məncə hər gün fərqində olmadan özümüzə, “bu planetdə nə işimiz var, bunların mənası nədir?” – kimi suallar veririk. Tanrı, tanrının yoxluğu və ateizm barədə çoxlu kitablar oxuyurdum”.

Xatırladaq ki, 2012-ci ildə nümayiş olunan, Liam Nison və Meqqi Qreysin baş rollarını paylaşdığı “Taken-2” (Girov-2) filminin bir hissəsi İstanbul şəhərində çəkilib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=316804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR