Türklər Təbrizdə metro tikir (FOTO)

Türklər Təbrizdə metro tikir (FOTO)
03:06 29 Dekabr 2014
107 Dünya
Ölkə mətbuatı
A- A+

Ankaranın Bergiz İnşaat şirkəti Təbriz metro xətti və Təbriz-Bəzirgan magistralı (avtoban) daxil olmaqla 1,8 milyard dollar dəyərində iki böyük layihə həyata keçirmək üçün İranın Şərqi Azərbaycan vilayəti ilə müqavilə imzalayıb.

ANS PRESS-in məlumatına görə,bu barədə Türkiyənin Sabah qəzetində xəbər yayılıb.

Qəzetin yazdığına görə, Bergiz şirkətinin inşa edəcəyi metro xətti Təbriz hava lımanından başlayaraq şəhər mərkəzini keçib Güney Dairəvi yoluna bağlanacaq. Şirkət layihəni 2017-ci ildə bitirəcəyini bildirib.

İranın Tasnim xəbər agentliyi Təbriz metro xəttinin 850 milyon dollarlıq bir layihə olduğunu yazıb.

Təbriz və Qərbi Azərbaycan vilayətinin Bəzirgan şəhəri arasında həyata keçiriləcək magirstral (avtoban) layihəsi üçün Türkiyə və İran tərəfi ortaq bir şirkət qurublar. Bəzirgan İnşaat yeni qurulan şirkətdə 65 faiz, İran Yol Nazirliyi isə 35 faiz hissəyə sahibdir.

BOT (inşa et-işlət-təhvil ver) modeli ilə həyata keçiriləcək 225 kilometrlik yol layihəsinin dəyəri 1 milyard dollardır.

“Qərbin illərdir tətbiq etdiyi embarqolar nədəni ilə çətin günlər yaşayan İran, idarəyə keçən mötədil prezidenti Həsən Ruhani ilə yeni bir prosesə girdi. Qlobal arenada iqtisadi işbirliyini artıqmaq istəyən Tehran hakimiyyəti, önəmli layihələrini Türkiyə ilə həyata keçirir,” deyə "Sabah" qəzeti məqalədə qeyd edir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=316808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR