Baş rolda Putindir

Baş rolda Putindir
04:06 29 Dekabr 2014
111 Dünya
Ölkə mətbuatı
A- A+

Angela Merkel Rusiya hökumətini separatçıların münaqişəyə son qoyması üçün öz nüfuzundan istifadə etməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Almaniya kanslerinin sözçüsü bildirib.

“Angela Merkel Rusiya hökumətini Ukraynanın şərqində separatçıların münaqişəyə son qoymaq üçün sentyabr ayında Minskdə atəşkəs haqda əldə edilmiş razılığa əməl etməsi üçün nüfuzundan istifadə etməyə çağırıb”- deyə o bildirib.

Sözcü əlavə edib ki, xanım Merkel verdiyi açıqlamada vəziyyətin yalnız razılaşdırılmış təmas xətlərinin reallaşdırıldığı halda sabitləşə biləcəyini bildirib.
Bundan əlavə şənbə günü Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbəti zamanı Angela Merkel Rusiya, Ukrayna və ATƏT-in iştirakı ilə atəşkəsə dair planlaşdırılmış danışıqların baş tutmadığına görə təəssüf hissini ifadə edib. Keçən həftə prezident Porolenko danışıqların dekabrın 24-26 aparılacağını bildirmişdi.

Qeyd edək ki,Ukraynanın şərqində münaqişənin çözülməsi istiqamətində diplomatik səylərdə fəal iştirak edən Almaniya kansleri eyni zamanda, Ukrayna hökuməti və separatçılar arasında əsir mübadiləsini alqışladığını bildirib.

Xatırladaq ki, Kiyevin Qərb tərəfdarı hökuməti Ukraynanın şərqində münaqişədə Rusiyanı günahlandırır. Kreml öz növbəsində münaqişənin arxasında olduğunu rədd edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR