Ukraynanın “Krım şantajı” baş tutur

Ukraynanın “Krım şantajı” baş tutur
04:16 29 Dekabr 2014
96 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Ukraynada yanacaq xammalının çatışmazlığı ilə bağlı fəaliyyətini dayandıran istilik-elektrik stansiyalarının işinin bərpa olunması üçün kömür və elektrik verəcəyini bildirib.

ANS PRESS-in məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov rəsmi TASS xəbər agentliyinə bildirib ki, İndi Rusiya hökuməti əvvəlcədən ödəniş olmadan, prezident “Putinin xoş məramlı addımı kimi” Ukraynaya elektrik verməyə hazırdır.

“Vladimir Putin bu qərarı enerji sahəsində yaranmış böhranlı vəziyyət və ödəniş üçün vəsaitin olmaması ilə əlaqədar qəbul edib” – deyə Peskov sözlərinə aydınlıq gətirib.

Qərara görə, Rusiya Ukraynaya hər ay 500 min ton kömür verməyi vəd edib. Moskva hətta əlavə edib ki, tərəflər lazım gələrsə, həcmlərin artırılması barədə də danışıqlar apara bilərlər.

Ukrayna Energetika Nazirliyinin məlumatına görə, ölkənin kömür ehtiyatları 1, 5 milyon tondur, lakin qış ayları üçün bu ölkəyə 4-5 milyon ton kömür lazımdır. Reuters agentliyi bildirir ki, əslində Ukrayna normal halda özünü ekektrik enerjisi ilə təmin edir, lakin ölkənin şərqində separatçılarla davam edən münaqişəyə görə istilik-elektrik stansiyalarına kifayət qədər kömür gətirilməyib.

Ukraynanın energetika naziri Voldimir Demçişin bildirib kİ, Rusiyadan kömür təchizatı ilə bağlı danışqılar keçən həftədən aparılır, lakin sərhəddə yaranmış vəziyyətlə əlaqədar xammalın gətirilməsi mümkün deyildi.

Lakin buna baxmayaraq Kiyevin Krımın elektriki kəsməsi hələ də davam edir və yarımada bu günə kimi işıqsız qalıb. Eləcədə Putinin qərarından bir gün əvvəl Kiyev Krıma gedən dəmir yolu və avtomobil nəqliyyatını dayandırdığını elan etmişdi.

Rusiyanlın hökumət yönlü qəzetləri bunun Kiyevin Moskvanı Krımla şantaj etdiyi ilə əlaqələndiririlər və görünüşə görə hazırda Ukraynanın Rusiyaya təzyiq siyasəti baş tutur.

Bu özünü digər sahələrdə də göstərir. Məsələn, Ukrayna və qiymaçılar arasında ötən cümə keçirilmiş əsir mübadiləsində Rusiya yönlü separatçılar daha üzüyola olublar. Xəbər verilir ki, qiyamçı tərəf əlavə olaraq dörd məhbusu Ukraynaya təhvil verib.

Ukraynanın müdafiə məsələləri üzrə müşaviri Vasili Budik deyib ki, cümə günü Ukrayna tərəfi 222, qiyamçılar isə 146 əsiri qaytarıblar.

Budik vurğulayıb ki, Ukraynanın təhvil verdiyi məhbusların arasında bir nəfər də olsun, yaraqlı yoxdur. Separatçılar isə bunun əvəzində bir qayda olaraq Ukrayna ordusunun əsgərlərini təhvil verirlər. Hətta Ukrayna Müdafiə Nazirliyindən xəbər verilib ki, tezliklə daha 10-12 hökumət əsgərinin qaytarılacağı gözlənilir.

Bir çox təhlilçilər Krımın ilhaqı və Ukraynanın şərqindəki müdaxilənin Rusiya üçün daşıya bilməyəcəyi maliyyə yükünə çevriləcəyi ehtimalını əvvəlcədən bidirmişdilər. İndi isə qış sərtləşdikcə reallıqlar özünü göstərməyə başlayır.

İndi Moskva Kiyevi Donetsk və Luqansk regionundakı əhali üçün müavinətləri bərpa etməyə çağırıb. Başqa sözlərlə bu o deməkdir ki, Moskva bu yükü üzərinə götürmək niyyətində və ya taqətində deyil. Məsələn ötən mart ayında Krım Rusiya tərəfindən ilhaq olunarkən baş nazir Dmitri Medvedev yarımadanın əhalisinə Rusiyadakından qat-qat yüksək əmək haqqı vəd etmişdi. Lakin elə həmin vaxt Rusiyanın Maliyyə Nazirliyi bunun üçün vəsaitin olmadığını demişdi.
Bəzi müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, ötən həftə Minskdə keçirilən danışıqlarda separatçılar artıq müstəqillikdən yox, Donbas regionu üçün xüsusi statusdan danışıblar. Luqanks və Donetskin Moskvanın dili ilə danışdığı nəzərə alınarsa, Kreml mövqeyini yumşaltmağa məcbur olub.

Krım isə hazırda beynəlxalq miqyasda da məhdudiyyətlər və sanksiyalarla üzləşir. ABŞ ilhaq olunmuş ərazi ilə hər hansı ticarət əlaqələrinə qadağan qoyub. Vaşiqntonun yeni sanksiyaları ilə əlaqdar Krımda həmçnin Visa və Mastercard ödəniş kartlarından istifadə mümkünsüz olub. Bəzi məlumatlara görə, Krım əhalisi Skype, Facebook və tvitter kimi internet xidmətlərindən də məhrum ola bilər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR