Narkotik üçün pul vermyən anasını doğradı (FOTO)

Narkotik üçün pul vermyən anasını doğradı (FOTO)
04:21 29 Dekabr 2014
84 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə anasındən narkotik üçün pul ala bilməyən Gökhan K. Adlı şəxs kəsici alətlə anasının üzünü doğralayıb.

ANS PRESS-in məlumatına görə, hadisə Kahramanmaraş şəhərindəki “Azərbaycan” bulvarında baş verib.

Tüfeyli həyat tərzi yaşayan şəhər sakini Gökhan K. narkotik almaq üçün anasından pul istəyib.

Anasının etiraz etdiyini görən şəxs naməlum kəsici alətlə onun üzünü doğrayıb.

Qonşuların xəbər verməsi ilə hadisə yerinə polislər cəlb olunub.

Gökhan K.ni saxlayan polislər anası Zibeydə K.ni xəstəxanaya çatdırıb. Ağır xəsarət alan Zibeydə K. Ilk tibbi müdaxilədən sonra təhlükəsizlik səbəbindən naməlum xəstəxanaya göndərilib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR