Məşhur aktyor matç vaxtı stadiona girdi (FOTO, VİDEO)

Məşhur aktyor matç vaxtı stadiona girdi (FOTO, VİDEO)
05:01 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış aktyoru Nejat İşlerin, azarkeşlik etdiyi futbol komandasının matçını yaxından izləmək üçün stadiona girmək cəhdinin qarşısını polis alıb.

ANS PRESS-in məlumartına görə, hadisə Bodrum stadionunda, Muğla 1-ci həvəskar liqində mübarizə aparan “Ortakent-Yahşispor” ilə “Gümüşlükspor” qarşılaşmasında baş verib.

Qarşılaşmanı bir müddət azarkeşlərlə birlikdə izləyən İşler daha sonra stadiona girib. Qarşılaşmaya bir müddət burdan tamaşa edən aktyora polis müdaxilə edib.

“Gümüşlükspor” idarə heyətinin üzvü də olan İşlər polisə vəsiqəsini göstərsə də stadiondan çıxarılıb. Qarşılaşmanı bir müddət qapıdan izləyən İşler komandalar arasında baş verən mübahisəyə müdaxilə etmək üçün yenidən stadiona girməyə cəhd etsə də polis izn verməyib.

Qarşılaşma isə 2:1 hesabla “Ortakent-Yahşispor”un qələbəsi ilə başa çatıb.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR