Platinidən gülməli təklif

Platinidən gülməli təklif
05:16 29 Dekabr 2014
88 Digər
Ölkə mətbuatı
A- A+

UEFA prezidenti Michel Platini dekabarın 28-də futbolda ağ kart ideyasını yenidən səsləndirib. Onun bu ideyası ilk dəfə oktyabrda işıq üzü gördü və sərt tənqidlə üzləşdi.

İndi Platini Dubayda İdman konfransında deyib ki, xəbərdarlıq olan sarı kart, oyundan tamam çıxardan qırmızı kart qalacaq, ancaq ağ kart göstərməklə kobudluğa görə oyunçunu müvəqqəti olaraq 5, 10 dəqiqəliyə oyundan çıxarmaq olar.

Platini deyib ki, bu qayda reqbi kimi başqa idman növlərində mövcuddur.

Platini həmçinin təklif edir ki, oyundan kənar vəziyyət qaydası sadələşdirilməlidir. Onun fikrincə, qayda sadə olmalıdır ki, televiziya qarşısındakı daha çox tamaşaçı bu qaydanı anlasın.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=316815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR