Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevdə Azadlıq Maydanı meydanına gedib.
ANS PRESS-in məlumatına görə, o Luqanskın “Sçastye” şəhərində “Aydar” batalyonunun 2 qruplaşmasının atışması nəticəsinə ölən gürcü və ukraynalı əsgərlərin dəfn mərasiminə qatılıb.
Mərasimdə ukrayna dilində çıxış edən Saakaşvili bildirib ki, “Bütün dünya ukraynalıların etdiyindən məmnundurlar və Rusiya imperiyası məhz ukraynalılar tərəfindən dayandırılacaq”.
Lakin videoda daha bir maraqlı məqam diqqətləri cəlb edir. Nədənsə əsgərləri son mənzilə yola salmada çoxmilyonlu Kiyevdə yüzə yaxın insan iştrak edir.