Türkiyədə gərgin gecə

Türkiyədə gərgin gecə
06:36 29 Dekabr 2014
93 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Haqqari və Şırnaq vilayətlərində Uludərə hadisələrinə etiraz edən separatçı kürdlərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanıb.

Fəallar yollarda bariikadalar quraraq nəqəliyyatın hərərəkətinə mane olmağa çalışıblar. Polisin aksiyaya müdaxiləsi isə, sonda qarşıdurmalara çevrilib. Fəallar daş və yanıcı-kəsici maddələrlə polisə hücum ediblər. Polis gözyaşardıcı qaz və təzyiqli su ilə aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb.

Haqqaridə də oxşar zorakılıqlar müşahidə olunub. Bir qrup üzü maskalı etirazçı polis məntəqəsinə "molotof kokteyli" atıblar. Etirazçılar, “Uludərə xalqı yalnız deyil” və s. kimi şüarlarla çıxış ediblər.

3 il öncə Türkiyə hərbi hava qüvvələri Uludərə rayonunda sərhəd pozuculara qarşı əməliyyatlar keçirmiş, nəticədə 34 nəfər öldürülmüş, 1 nəfər yaralanmışdı. Daha sonra sərhəd pozucularının İraqdan Türkiyəyə mazut və siqaret keçirən qaçaqmalçılar olduğu məlum olmuşdu. Qaçaqmalçılar PKK terror təşkilatının istifadə etdiyi yollardan keçərək Türkiyəyə daxil olublar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR