Torpaq sürüşməsi 24 nəfərin həyatına son qoydu

Torpaq sürüşməsi 24 nəfərin həyatına son qoydu
07:16 29 Dekabr 2014
119 Dünya
Ölkə mətbuatı
A- A+

Şri Lankada həftəsonu yağan aramsız yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

ANS PRESS-in məlumatına görə, son 3 gün ərzində təbii fəlakətdən ən çox əziyyət çəkən Badulla şəhərində 24 nəfər ölüb, 8 nəfər itkin düşüb.

Əsasən, sel və torpaq sürüşmələri insan itkilərinə səbəb olub. 100 mindən çox insan evsiz qalıb. Xilasedici qruplar insanları təhlükəsiz yerlərə təxliyə ediblər.

Daşqın sularının hündürlüyü bəzi bölgələrdə 2 metrə çatıb. İnsanlar suların əsarətindən xilas olmaq üçün güclü axın olan çayları keçməyə çalışıblar.

Belə cəhdlərdən biri zamanı azyaşlı uşağı sel aparıb. Sel suları bir neçə regionda evləri və dəmiryol xəttini uçurub.

Hökumət təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırmaq üçün fəaliyyətini genişləndirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR