İŞİD-lə peşmərgə arasında qızğın döyüşlər gedir

İŞİD-lə peşmərgə arasında qızğın döyüşlər gedir
07:21 29 Dekabr 2014
114 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Kobani şəhərində İŞİD silahlıları ilə peşmərgə arasında ötən gün qızğın döyüşlər gedib. Bir müddət əvvəl İraqdan gələn dəstək sayəsində kürd qüvvələri Kobanidə İŞİD silahlılarının üzərinə doğru irəliləməyə başlamışdı. Məlumata görə, tərəflər arasında atışmalar yenidən şiddətlənib.

Şəhərdə törədilən zorakılıqlar Türkiyənin Mürşidpınar sərhəd-keçid məntəqəsindən də müşahidə olunub. Atışmalar zamanı, bir neçə yerdə partlayışlar törədilib.

İŞİD silahlıları Kobani şəhərinə sentyabrın ortalarından hücum etməyə başlayıb. Silahlılara qarşı döyüşlərə, eyni zamanda, anti-İŞİD koalisiyası da dəstək olur.

Böyük Britaniyada insan haqları müşahidəçiləri İŞİD-in Suriyada törətdiyi zorakılıqlara dair yeni məlumat yayınlar. Fəalların sözlərinə görə, indiyə qədər İŞİD silahlıları 1200-ü mülki olmaqla 2000-dən çox insan öldürüblər.

İŞİD-çilər, eyni zamanda, öz aralarında cəbhəni tərk edən 100-ə yaxın silahlını edam ediblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR