Qəbələyə 50 min turist gəlib (FOTO)

Qəbələyə 50 min turist gəlib (FOTO)
07:51 29 Dekabr 2014
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Qəbələyə 50 min 350 xarici və yerli turist gəlib.

Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, turistlərdən 42 min 150 nəfəri yerli, 8 min 200 nəfəri isə xarici vətəndaşlardır. Qonaqların 41 min 800 nəfəri müxtəlif turizm obyektlərində istirahət edib, 7 800 nəfəri işgüzar səfərdə olub, 750-si isə sanatoriyada müalicə alıb.

Rayonda 100-dən artıq turizm obyekti fəaliyyət göstərir. Son 10 ildə isə Qəbələdə tikilən müasir turizm obyektlərinin sayı artaraq 20-yə çatıb. Gün ərzində bu obyektlərdə ümumilikdə 2 500-ə yaxın qonağa milli, türk və Avropa mətbəxlərinin daxil olduğu restoran xidmətləri və müasir otelçilik, eləcə də meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətlərinin göstərilməsi üçün imkanlar mövcuddur.

Statistikaya görə, son beş ildə rayona gələn turistlərin sayı 3,5 dəfə artıb.



















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=316830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR