İŞİD daha bir koalisiya təyyarəsini vurub

İŞİD daha bir koalisiya təyyarəsini vurub
07:56 29 Dekabr 2014
101 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD beynəlxalq koalisiya aid daha bir təyyarəni vura bilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Sky News Arabia yerli mənbələrə istinadən xəbər verib.

Xəbərdə qeyd edilir ki, pilotun da İŞİD tərəfindən ələ keçirildiyi güman edilir. Telekanal təyyarənin İraqın Diluluya şəhərinin Səlahəddin əyalətində terrorçuların mövqelərinə aviazərbələr endirərkən vurulduğunu bildirir.

İraq ordusu və Pentaqon xəbəri hələ ki, şərh eləməyib.

Qeyd edək ki, keçən həftə İŞİD İordaniyaya məxsus koalisiya təyyarəsini vurmağa və pilotunu ələ keçirməyə müvəffəq olmuşdu. Bu terrorçularda hava zərbələrinə qarşı silahların olması işarəsini versə də Pentaqon İŞİD-in belə silahlara sahib olmadığını, təyyarənin isə texniki səbəblərdən qəzaya uğraya biləcəyini bildirmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR