ŞOK: İŞİD-in edam hesabatı

ŞOK: İŞİD-in edam hesabatı
08:11 29 Dekabr 2014
124 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı son 6 ayda təkcə Suriyada 1878 nəfəri edam edib.

ANS PRESS-in məlumatına görə, Suriya İnsan Haqları Müşahidə qrupunun verdiyi məlumata görə İŞİD bundan başqa özünün cihadı tərk etmək istəyən 120 əcnəbi döyüşçüsünü də qətlə yetirib.

Müşahidə qrupunun rəhbəri Rami Abdurrahman "Reuters" agentliyinə bildirib ki, edam olunanlardan 8-i qadın, dördü isə uşaqlardır.

O habelə bildirib ki, edam olunanların 930 nəfəri neft mədənlərinə görə İŞİD-ə qarşı döyüşən Şeytaat tayfasının üzvləridirlər.

Edam cəzasına məhkum edilənlərin əksəriyyəti nikahdan kənar cinsi münasibətlərdə, homoseksuallıq, oğurluq və küfrdə ittiham olunanlardır.

Suriya münaqişəsinin bütün tərəflərindən informasiya toplayan Abdurrahman bildirib ki, İŞİD həmçinin prezident Əsəd üçün döyüşən 502 əsgəri və anti-Əsəd düşərgəsindən 81 nəfəri edam edib. O həmçnin xəbər verib ki, peşman olaraq geri qayıtmaq istəyən əcnəbi cihadçılar bir qayda olaraq Al-Zor, Raqqa və Hassake şəhərlərində edam olunublar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR