İyrənc hadisə: məsciddə 10 yaşlı uşağa təcavüz

İyrənc hadisə: məsciddə 10 yaşlı uşağa təcavüz
08:46 29 Dekabr 2014
501 Digər
Ölkə mətbuatı
A- A+

Danimarkanın paytaxtı Kopenhagen məsciddə iyrənc hadisə baş verib. ANS PRESS-in məlumata görə, 47 yaşlı kişi 10 yaşlı uşağı zorlamaq istəyib.

Məscidə gələn insanlar orada kişinin uşağı zorlamaq istədiyini görüblər. İnsanlar uşağı kişinin əlindən alıblar. Lakin kişi ittihamları qəbul etməyib.

Onu məhkəməyə veriblər. Məhkəmənin qərarı ilə kişi 15 gün azadlıqdan məhrum edilib. 47 yaşlı kişi isə məhkəmənin ədalətsiz qərar çıxardığını bildirib.

Qeyd edək ki, hadisənin hansı məsciddə baş verməsi və zərərçəkənlə müttəhimin kimliyi barədə açıqlanma verilməyib. Həmçinin bu barədə açıqlama məhkəmə qərarı ilə qadağan olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR