Qalmaqallı film inanılmaz pul qazandırır

Qalmaqallı film inanılmaz pul qazandırır
09:36 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen Ina sui-qəsddən bəhs edən qalmaqallı “İntervyu” filmi 4 günə internetdə 15 milyon dollar pul yığıb.

ANS PRESS-in məlumatına görə, bu statistikanı Sony Pictures şirkəti yayıb.

Məlumata əsasən kinokomediyanı 2 milyondan çox insan ya öz kompüterinə yüklənməsi və ya baxışı üçün pul ödəyib.

Bundan əlavə filmin bəzi ABŞ kinoteatrlarında nümayişi istehsalçılara daha 3 milyon dollar qazandırıb.

“Biz filmi milada çatdırmaq üçün yorulmadan işləyirdik. Bu bir növ xəstəlik kimi idi. Biz şadıq ki, məqsədə çata bildik”- deyə şirkətin idarəedicilərindən biri Rori Bryuer bildirir.

Qeyd edək ki, filmin 25 dekabrda ABŞ-ın 3 mindən çox kinoteatrında göstərilməsi nəzərdə tutulurdu. Lakin bu zaman Sony Pictures kütləvi haker hücumlarına məruz qalır. ABŞ hakimiyyəti bunda Pxenyanı günahlandırır və hətta bunun milli təhlükəsizliyə hədə olduğunu iddia edirdi. Lakin Pxenyan Vaşinqtonun iddialarını təkzib edir.

Bu zaman Sony Pictures şirkəti “İntervyu” filminin kinoteatrlarda göstərilməsini saxlamaq qərarını verir. Şirkət filmi müxtəlif internet portallarda göstərməyə davam et sə də bəzi kinoteatrlar da qorxularanı yenərək filmin göstərilməsini saxlamır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR