Zaqatalada minik avtomobili yanıb

09:57 29 Dekabr 2014
54 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 09:53 ]

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada minik avtomobili yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi dekabrın 28-də axşam saat 21:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonunun Qımır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

1987-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Bayram İlham oğlu Vəliyev idarə etdiyi “VAZ-2109” markalı 10 CT 668 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən maşında qəfildən alovlanma başlayıb. Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları tam yanıb, maşın yararsız hala düşüb. Yanğın zamanı sürücü Bayram Vəliyev xəsarət almayıb.

 

Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR