Gəncə sakini gəmirici əleyhinə zəhər içərək intihara cəhd edib

10:22 29 Dekabr 2014
72 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 10:16 ]

Gəncə. Azər Məmmədli – APA. Gəncə sakini intihara cəhd edib. Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1992-ci il təvəllüdlü Amil Seyidov ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

 

Araşdırma zamanı məlum olub ki, A. Seyidov yaşadığı evdə əsəbiləşərək gəmiricilər əleyhinə olan zəhər içib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR