Məşhur aktrisa ana oldu

Məşhur aktrisa ana oldu
10:26 29 Dekabr 2014
261 Şou
Ölkə mətbuatı
A- A+

“Muhteşem yüzyıl” serialının “Mihrimah Sultanı” aktrisa Pelin Karahan ana olub.
ANS PRESS-in məlumatına görə, aktrisanın oğul övladı dünyaya gəlib. Övladını qucağına alan gözəl aktrisa göz yaşlarına hakim ola bilməyib.

İş adamı Bedri Güntay ilə ailəli olan Pelin Karahan övladına Əli Dəmir adını qoyub.

Aktrisanın ana olduğunu eşidən məşhurlar isə onu ziyarət etmək üçün xəstəxanaya yollanıb. Ziyarətçilər arasında “Muhteşem yüzyıl” serialında rol alan aktrisa Merve Boluğur da olub.

Boluğur Pelin Karahanın həyat yoldaşı iş adamı Bedri Güntay ilə “selfie” çəkdirərək "İlin atası. Gözlər doldu. Çox xoşbəxt olun” şərhi ilə paylaşıb.

Qeyd edək ki, bu il Bedri Güntayla ailə quran Pelin Karahan doğuma iki ay qalmış verdiyi açıqlama ilə hamını təəccübləndirib.

Birinci övladı dünyaya gəlməmiş aktrisa ikinci övladı arzulayıb. “Elə hiss edirəm ki, ikinci övladım da oğlan olacaq” deyə o, bildirib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=316851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR