Draytulinq üzrə II Açıq Respublika Çempionatı başa çatıb - FOTO

Draytulinq üzrə II Açıq Respublika Çempionatı başa çatıb - FOTO
10:27 29 Dekabr 2014
159 İdman
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 10:25 ]



Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) “ClimBaku” İdman Dırmanma Mərkəzində keçirdiyi Draytulinq üzrə II Açıq Respublika Çempionatının final mərhələsi başa çatıb.

 

FAİREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatda əvvəlki təsnifat mərhələlərini müvəffəqiyyətlə keçərək finala vəsiqə qazanmış 18 oğlan və 8 qız idmançı birincilik uğrunda mübarizə aparıb. Eyni zamanda, yarışa  qonşu dövlətlərdən qatılan idmançılar da maraqlı mübarizə şəraitində keçən final mərhələsində bacarıqlarını nümayiş etdiriblər.

 

Draytulinq üzrə II Açıq Respublika Çempionatının sonunda qaliblər Azərbaycan Gənclər və İdman Nazirliyinin Diplom və medalları, Azərbaycan Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının qiymətli hədiyyələri və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının sertifikatları ilə təltif olunublar. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR