Səfirlik qəzası ilə bağlı açıqlama

Səfirlik qəzası ilə bağlı açıqlama
10:36 29 Dekabr 2014
74 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi Bakıda ABŞ səfirliyinin avtomobilinin iştirakı ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nəsimi rayonu ərazisində “Chevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub.

Məlumat daxil olan kimi hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub.

Məlum olub ki, qəza nəticəsində motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Nərmin Rasim qızı Abdullayeva motosikletdən yıxılaraq avtomobilin altına düşüb. O, maşın altında sıxılmış vəziyyətdə qalıb.

N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 22:03-də başa çatıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR