Kaliforniyada yaşayan Azərbaycan icması Həmrəylik Gününü qeyd edib - FOTO

Kaliforniyada yaşayan Azərbaycan icması Həmrəylik Gününü qeyd edib - FOTO
10:42 29 Dekabr 2014
88 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 10:37 ]

Bakı-APA. ABŞ-ın Kaliforniya ştatındakı Azərbaycan icmasının aparıcı təşkilatlarından olan Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Cəmiyyəti (ŞKAMC) San Xose şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirib.

 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Baş Konsulluğun dəstəyilə keçirilən tədbirdə Kaliforniyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız bir araya gələrək, bu əlamətdar günü birgə qeyd ediblər. 

 

Tədbirdə həmrəylik gününün tarixi əhəmiyyətindən söz açılıb, bu ənənənin dünya azərbaycanlılarının vahid kimliyinin inkişafındakı önəmindən bəhs edilib. Bu səpkidə, Baş Konsulluğun vitse-konsulu Rafiq Rüstəmov çıxış edərək, tədbir iştirakçılarını Həmrəylik Günü və qarşıdan gələn Yeni İl münasibətilə təbrik edib. O, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər il 31 dekabr tarixini xüsusi qeyd etdiyini, bu əziz günün digər xalqlardan fərqli olaraq azərbaycanlılar üçün ikiqat bayram olduğunu bildirib. Həmçinin, R.Rüstəmov bu əlamətdar günün ümummilli lider Heydər Əliyev tərəfindən dünya azərbaycanlılarının milli kimlik məfkurəsinə, Azərbaycançılıq dəyərlərinə verilən ən önəmli töhfələrdən biri olduğunu qeyd edib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın gündən-günə daha da gücləndiyini bildirən R.Rüstəmov, bu gün Azərbaycan Respublikasının dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yeganə müstəqil dövləti olduğunu və bütün azərbaycanlıların bu dövlət ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb.      

 

Daha sonra Azərbaycan icmasının fəallarından Vüsal Əzizəliyev, Həmid Azəri və Mehriban Məmmədova çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün hər bir azərbaycanlı üçün, o cümlədən Kaliforniyada yaşayan soydaşlarımız üçün xüsusi önəm daşıdığını bildiriblər. 

 

Tədbir Azərbaycan musiqisindən nümunələr və ziyafətlə davam edib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR