Rusiya vətəndaşı Qaraçuxurda adam güllələdi

Rusiya vətəndaşı Qaraçuxurda adam güllələdi
11:27 21 Oktyabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb. Rusiya vətəndaşı Vəli Əhmədov aralarında yaranmış mübahisə zəminində Bakı şəhər sakini Sənan İsmayılova "Vinçester" markalı silahdan atəş açıb.

S. İsmayılov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən V. Əhmədov saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/376972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR