Nazirinin müavini: "SAZZ-ın mobil operator kimi fəaliyyətə başlayacağına dair nazirliyə müraciət edilməyib"

13:02 21 Oktyabr 2015
Ölkə mətbuatı
A- A+

"Yeni mobil operatorun bazara daxil olması ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi müraciət edilməyib. Ona görə də, bu barədə yayılan məlumatlar doğru deyil",- deyə İ. Məmmədov əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda KİV-də "AzQtel" MMC-nin SAZZ əmtəə nişanı adı altında 5-ci mobil operatorunun bazara daxil olacağı ilə bağlı məlumatlar yayılıb.
Xatırladaq ki, bu günlərdə yayılan digər bir məlumata görə, dördüncü mobil operator kimi daha bir şirkət - "Delta Telecom" telekommunikasiya operatoru da ən müasir 4G texnologiyası əsasında xidmət göstərməyi nəzərdə tutub. Şirkət mobil infrastrukturu uzun müddətdən bəri əməkdaşlıq etdiyi "Alcatel-Lucent", "Ericson" və digər istehsalçı şirkətlərlə birlikdə 2.4 GHz tezlik diapozonunda quracaq.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/rytn-sazz-in-mobil-operator-kimi-fealiyyete-baslayacagina-dair-nazirliye-muraciet-edilmeyib-e

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR