Sarkisyanın narkotikin təsiri altında verdiyi qərarlar

Sarkisyanın narkotikin təsiri altında verdiyi qərarlar
13:12 21 Oktyabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistanın "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vahan Martirosyan ölkə mətbuatının suallarını cavablandırıb.

Martirosyan bu müsahibə ilə Ermənistandakı xunta rejimini ifşa edib, rejimin başında dayanan Serj Sarkisyanın narkotikdən istifadə etməsi ilə bağlı şok açıqlama verib.

Martirosyan bildirib ki, Ermənistanda çörəyin qiyməti təxminən bir dollara yaxındır. Amma onun nənəsi vaxtilə dövlət vəzifələrində işlədiyinə görə 100 dollar təqaüd alır və qonşular ona oliqarx kimi baxırlar.

Məlum olur ki, hətta ən çox gəlir əldə edən erməninin aylıq gəliri ən yaxşı halda təkcə quru çörək almağa kifayət edir.

O qeyd edir ki, Ermənistanın əsas problemi Sarkisyan rejimidir: "Məhz Sarkisyan rejiminin cinayətkar əməlləri üzündən insanlar ölkədən baş götürüb qaçır və Dağlıq Qarabağ münaqişəsinin həlli yubanır".

Bəli, bu gün Sarkisyan rejimi öz ölkəsinin vətəndaşlarına qarşı soyqırım siyasəti həyata keçirir. Ermənilər öz vətənində minimal ehtiyaclarını ödəyə bilmədiklərinə görə ölkədən baş götürüb qaçırlar. Faktiki olaraq bu ölkə xaricdən gələn vəsaitlər hesabına dolanır. Hər ailədən ən azı bir nəfər mühacirətdədir və məhz onların göndərdiyi pullar hesabına ermənilər acından ölmürlər.

V.Martirosyan bildirir ki, S.Sarkisyan narkotikdən istifadə edir və məhz narkotikin təsirləri altında siyasi qərarlar qəbul edir.

Əgər bu gün xunta rejiminə rəhbərlik edən bir narkoman BMT-nin tribunasına çıxıb, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə arxa çevirib, dünya birliyinin gözü qarşısında Dağlıq Qarabağı "tarixi erməni torpağı" adlandırırsa, Martirosyan demişkən, doğrudan da narkotikin təsiri altındadır.

Onun narkoman olmasını anladıq, ancaq narkoman bir dövlət başçısını niyə BMT-də tribunaya çıxarırlar?

Bəlkə, Qərbin təlimat və sifarişləri BMT-ni elə qeyri-ciddi duruma salıb ki, artıq tribunaya çıxarmağa adam tapmırlar?

Azər Niftiyev
Trend - Azərbaycan xəbərlər xidməti


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/376990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR