"Klub da Mourinyoya gözəl bələddir"

"Klub da Mourinyoya gözəl bələddir"
13:57 21 Oktyabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Karlo Ançelotti uğursuz mövsüm keçirməsinə baxmayaraq "Chelsea"nin baş məşqçisi Joze Mourinyonu istefaya göndərməyəcəyini düşünür.

Goal.az xəbər verir ki, italyan mütəxəsis "zadəganlar"ın əsas problemini motivasiya çatışmazlığında görüb.

"Fikrimcə, Mourinyo üçün istefa təhlükəsi yoxdur. Bu dəqiqdir. O, ötən mövsümə nisbətən bir sıra dəyişikliklər edib. Joze yaxşı tanıdığı klubda işləyir. Klub da ona gözəl bələddir. Mourinyo bütün dövrlərindən ən güclü məşqçilərindən biridir. Hazırki vəziyyəti də elə özü düzəldə bilər. "Chelsea"nin problemi motivasiyanın azlığındadır. Texniki nöqteyi-nəzərdən bu ötən mövsüm İngiltərə çempionatında hegemonluq edən komandadır. Amma komandanın motivasiya səviyyəsi enib. "Chelsea" mövsümə pis başlasa da, əvvəlki ritmi qaytarmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/376985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR