"Formula 1" zamanı yollarda dəyişiklik olacaq

"Formula 1" zamanı yollarda dəyişiklik olacaq
14:31 21 Oktyabr 2015
23 Şou
Ölkə mətbuatı
A- A+

Gələn il iyunun 19-da Bakıda “Formula 1” yarışları baş tutacaq.

Axşam.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov “Xəzər xəbər”ə açıqlamasında bunla bağlı yollarda infrastruktur dəyişikliyi olacağını bildirib:

“İşlər gedir, tenderlər keçirilir. Bakı şəhərinin sakinləri başa düşsün ki, narahatçılıq yaranacaq. Yolların bağlanması, asfalt qatlarının 6-8 santimetrə dəyişilməsi olacaq. Bu dünya “Formula 1” rəhbərliyinin tələbidir. Hər yerdə bunlar edilir. Sürətlə bağlıdır. Məcburuq, edəcəyik. Bəzi hallarda səki kəsiləcək, dirəklərin yeri dəyişdiriləcək”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=39326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR