Dünya şöhrətli qapıçı, SSRİ yığmasının və Moskva “Spartak”ının keçmiş üzvü Rinat Dasayev bu gün “Neftçi”nin təlim-məşq bazasına baş çəkib.
Avro-1988-in gümüş, Olimpiya oyunlarının bürünc mükafatçısı komandamızın üzvləri ilə görüşüb. Qonağa “Neftçi”nin forması və rəmzləri hədiyyə edilib. Fotoları təqdim edirik.