Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) adı Avropa və Mərkəzi Asiya ölkələrinin ali təhsil müəssisələrinin nüfuzlu reytinq cədvəlində yer alıb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, hər il olduğu kimi bu il də Avropa və Mərkəzi Asiya ölkələrinin 150 ali təhsil müəssisəsinin 2015-ci il üçün reytinq cədvəli təqdim olunub.
Azərbaycan Dillər Universiteti fakültə tələbələrinin indeksinə görə 100 ən yaxşı universitet sırasında 62-ci, akademik göstəricilərə görə 76-cı, bu cədvəldə ümumi reytinqin göstəriciləri nəzərə alınaraq 101-ci yerdə qərarlaşıb.

