Prezident İlham Əliyev BMT işçilərini təltif etdi

Prezident İlham Əliyev BMT işçilərini təltif etdi
18:22 21 Oktyabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzaladı: 

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Antonius Broek

Əfəndiyev Məzahir Cavid oğlu

Əliyev Mahir Kamal oğlu

İbrahimova Cəmilə Aydın qızı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/377080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR