Cari ilin sentyabrında Azərbaycandan Gürcüstana 14,1 min ton neft məhsulu ixrac olunub

Cari ilin sentyabrında Azərbaycandan Gürcüstana 14,1 min ton neft məhsulu ixrac olunub
18:53 21 Oktyabr 2015
Ölkə mətbuatı
A- A+


Tbilisi, 21 oktyabr, AZƏRTAC
Cari ilin sentyabrında Azərbaycandan Gürcüstana 14,1 min ton neft məhsulu ixrac olunub. Bu Gürcüstanın ümumi idxalatının 13,7 faizini təşkil edir.
Gürcüstanın Neft Məhsulları İxracatçıları İttifaqından bildirilər ki, Azərbaycan bu göstərici ilə bu ölkənin neft ixracatçıları sırasında üçüncü yerdədir.
Birinci yerdə 32,1 min tonla Rumıniya (31,3 faiz), ikinci yerdə isə Bolqarıstan dayanır – 27,9 min ton (27,2 faiz).
Ümumiyyətlə isə sentyabr ayında Gürcüstan xaricdən 102,7 min ton neft məhsulları idxal edib. Bu avqust ayı ilə müqayisədə 1,7 min ton azdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cari_ilin_sentyabrinda_Azerbaycandan_Gurcustana_141_min_ton_neft_mehsulu_ixrac_olunub-894735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR