Gəncədə 36 yaşlı kişi arvadı ilə mübahisə edib özünü yandırdı

Gəncədə 36 yaşlı kişi arvadı ilə mübahisə edib özünü yandırdı
19:49 21 Oktyabr 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhər sakini özünü yandırıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
 
1979-cu il təvəllüdlü Eldar Qocayev yaşadığı evdə həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ruhanə Qocayeva ilə mübahisə edib. Daha sonra üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. Alovu söndürmək istəyən həyat yoldaşı və qayınatası Yusif Əhmədov da yanıq xəsarətləri alıblar.
 
Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Eldar Qocayevin vəziyyətinin ağır olduğu üçün o reanimasiya şöbəsinə yerləşdirilib.
 
Qeyd edək ki, ailənin 3 azyaşlı övladı var.
 
Hadisə baş verən evdə bir otaq da yanıb. Əraziyə Gəncə şəhər Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/218741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR